Həyat yoldaşını qısqanclıq zəminində öldürdü - QƏTL

Bakıda qətl törədilib.

 

Yasamal rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə “Qanlıgöl” ətrafında yerləşən evlərdən birində qeydə alınıb. Orada yaşayan 1974-cü il təvəllüdlü Əkbər Əjdər oğlu Quliyev qısqanclıq zəminində həyat yoldaşı, 1975-ci il təvəllüdlü Firuzə Məhəmməd qızı Quliyevanı bıçaqlayıb. Dörd bıçaq zərbəsi alan F. Quliyeva hadisə yerindəcə keçinib.

 

Hadisəni törədən Ə. Quliyev saxlanılıb.

 

Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir. 

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR