Neftin qiyməti 50 dollar ətrafında sabitləşir
Birjalarda neftin qiyməti 50 dollar ətrafında sabitləşməkdədir. Son 24 saat ərzində "Brent" markalı neftin qiyməti 51,03 - 50,30 dollar arasında dəyişib. Səhər seanslarında bu markadan olan neft 50,72 dollardan satılır.
Qərbi Texas nefti sutka ərzində maksimum 48,44 dollardan satılsa da, səhər seanslarında qiymətlər 47,90 dollar səviyyəsinə enib.
Qiymətlərin ucuzlaşmasına səbəb bazara artıq həcmdə neft məhsulların çıxarılması ehtimalıdır. ABŞ Energetika Nazirliyi bu həftə hasil olunmuş neft ehtiyatlarının daha 5 milyon barel artdığını açıqlayıb. Bununla da ölkənin neft ehtiyatlarının həcmi 533,1 milyon barelə çatıb ki, bu da son illərin rekord həcmi sayılır. OPEK isə yanvar ayında dünya üzrə qlobal neft ehtiyatlarının həcminin 278 milyon barelə çatdığını açıqlayıb. Bu son beş ilin orta səviyyəsindən yüksək rəqəmdir.
Bazar günü OPEK üzvləri ilə quruma üzv olmayan neft ölkələrinin növbəti birgə toplantısı keçiriləcək. Toplantıda hasilatın azaldılmasına dair razılaşmaya əməl olunmasının durumu müzakirə olunacaq.
OXŞAR XƏBƏRLƏR
"Torqovı"da iaşə obyektləri YANDI - XƏSARƏT ALANLAR VAR
Abel Məhərrəmovun oğlu səfir vəzifəsindən geri çağırıldı
TƏCİLİ: Tərtərdəki dəhşətli hadisə ilə bağlı bir nəfər SAXLANILDI
Rusiyadan Ermənistana Azərbaycan üzərindən YÜK GÖNDƏRİLDİ
10 yeni stansiya tikiləcək – RƏSMİ AÇIQLAMA