Medvedev Putinə cavab verdi: "Mən xəstə deyiləm"

"Mən ötən yaxın müddət ərzində xəstə olmamışam". APA TV-nin Rusiya mətbuatına istinadən məlumatına görə, bu sözləri Rusiyanın baş naziri Dmitri Medvedev deyib.

O bildirib ki, Nazirlər Kabinetinin bir neçə gün baş tutan toplnatısında iştirak etməməsinin səbəbi tamam başqadır.

Xatırladaq ki, martın 14-də prezident Vladimir Putin keçirdiyi müşavirədə Medevedevin xəstə olduğunu bildirib. Kreml rəhbəri baş nazirin haqqında "onu qoruya bilmədik, epidemiyaya yaxalandı" ifadəsini dilə gətirib.

Putin həmin toplantıda hökumət rəhbərinin iştirak etməməsinə belə aydınlıq gətirmişdi.

 

Müəllif | Apa.Tv
Nəsimi Nəbizadə

OXŞAR XƏBƏRLƏR