İsrail və ABŞ-ı təşvişdə saxlayan şəxs tutuldu - 19 YAŞI VAR

İsrail polisi dünyanın bəzi ölkələrində fəaliyyət göstərən yəhudi mərkəzlərini partladacağı haqda məlumat yayan şəxsi saxlayıb. APA TV-nin Rusiya mətbuatına istinadən məlumatına görə, adı açıqlanmayan gəncin 19 yaşı var.

İsrail Daxili İşlər Nazirliyinin saytında həbs edilən gəncin son üç ayda yaydığı məlumatların bir neçə ölkənin iqtisadiyyatına ciddi zərər vurduğu və ictimai asayişin pozulmasına səbəb olduğu vurğulanır. Yalan informasiyalar səbəbindən insanlar başqa yerlərə köçürülüb, bir çox aviareyslər təxirə salınıb.

Saxlanılan şəxsin İsrail və ABŞ vətəndaşı olduğu deyilir.

Xatırladaq ki, gənc ABŞ, Avstraliya və Yeni Zellandiyada fəaliyyət göstərən yəhudi mərkəzlərini partladacağı barədə məlumatlar yayıb.


Təkcə ABŞ-ın bir neçə ştatında bu səbəbdən həmin mərkəzlərdən dəfələrlə insanlar köçürülüb, ərazilərdə təhlükəsizlik tədbirləri gücləndirilib.

Nyu-york, Viskonsin və Florida da isə onların fəaliyyəti dondurulub.

Bundan başqa bu məlumatların yayılması ilə paralel olaraq Filadelfiyada və Missuri ştatında 250-dən çox yəhudi məzarı dağıdılıb, Sietlda isə Sinaqoqa hücum olunub.

 

Müəllif | Apa.Tv
Nəsimi Nəbizadə

OXŞAR XƏBƏRLƏR