Türkiyədən Rusiyaya ciddi xəbərdarlıq: "Əgər bir də əsgərimizə atəş açılsa..."
Rusiyanın Ankaradakı səfirliyinin müvəqqəti işlər vəkili Türkiyə XİN-ə çağırılıb və ona xəbərdarlıq edilib. APA TV-nin Türkiyə mətbuatına istinadən məlumatına görə, xəbərdarlıq martın 22-də Suriyanın Afrin bölgəsindən açılan atəşlə bir türk hərbçisinin şəhid olması ilə əlaqədardır.
Adı çəkilən bölgə hazırda Ankaranın terrorçu kimi tanıdığı PYD-nin nəzarətindədir.
Türkiyə Xarici İşlər Nazirliyindən rus attaşeyə PYD-nin Moskva ofisinin dərhal bağlanması ilə bağlı addım atılması tələb edilib.
Bundan başqa həmin bölgədə rus hərbçilərlə PYD terrorçularının birgə fotolar çəkdirməsinə də Ankaranın ciddi narahatlıq keçirdiyi vurğulanıb. Qeyd edilib ki, əgər bir də həmin bölgədən Türkiyə istiqamətində atəş açılarsa bunun cavabı ikiqat veriləcək.
Xatırladaq ki, Rusiya hərbçiləri hazırda Türkiyənin "Fərat qalxanı" əməliyyatı çərçivəsində PYD/YPG-dən təmizləmək istədiyi Suriyanın Menbiç və Afrin bölgəsindədir. Onlar Novruz bayramı günlərində kürd silahlı qruplaşmaları ilə fotoqraflar çəkdirib, bu fotolar internetdə yayımlanıb.
OXŞAR XƏBƏRLƏR
"Torqovı"da iaşə obyektləri YANDI - XƏSARƏT ALANLAR VAR
Abel Məhərrəmovun oğlu səfir vəzifəsindən geri çağırıldı
TƏCİLİ: Tərtərdəki dəhşətli hadisə ilə bağlı bir nəfər SAXLANILDI
Rusiyadan Ermənistana Azərbaycan üzərindən YÜK GÖNDƏRİLDİ
10 yeni stansiya tikiləcək – RƏSMİ AÇIQLAMA