Qazaxda oğurluqlar edən şəxsdən qumbara götürüldü
Qazaxda qanunsuz qumbara saxlayan şəxs tutulub. APA TV-nin Qərb bürosunun verdiyi məlumata görə, Qazax rayon Polis Şöbəsində silsilə oğurluqlar törətdiyinə görə şübhəli şəxs kimi saxlanılan 25 yaşlı Abdalov Sənan istintaqa ifadəsində onda "F1" əl qumbarasının olmasını və könüllü şəkildə təhvil vermək istədiyini deyib.
Daha sonra Qazax polisi qumbaranın haradan əldə olunması istiqamətində araşdırma aparıb və məlum olub ki, partlayıcını Sənan Abdalova Qazax rayon sakini Hətəm Rəfiyev verib. H. Rəfiyev polis əməkdaşları tərəfindən saxlanılıb.
Faktl bağlı Qazax rayon Polis Şöbəsində araşdırma aparılır.
25 yaşlı Abdalov Sənan Möhlət oğlu və Quliyev Orxan İlqar oğlu rayonda kompüter satışı mağazasından 2 ədəd "notebook" və ötən ilin dekabrında 2 ədəd televizor oğurluğuna görə saxlanılıblar.
OXŞAR XƏBƏRLƏR
"Torqovı"da iaşə obyektləri YANDI - XƏSARƏT ALANLAR VAR
Abel Məhərrəmovun oğlu səfir vəzifəsindən geri çağırıldı
TƏCİLİ: Tərtərdəki dəhşətli hadisə ilə bağlı bir nəfər SAXLANILDI
Rusiyadan Ermənistana Azərbaycan üzərindən YÜK GÖNDƏRİLDİ
10 yeni stansiya tikiləcək – RƏSMİ AÇIQLAMA