Cəlilabadda ağır qəza: bir ailənin 2 üzvü öldü, 2-nin vəziyyəti ağırdır

Cəlilabadda baş verən avtoqəzada bir ailənin 2 üzvü ölüb, 2-si ağır yaralanıb.

APA TV-nin Cənub bürosunun verdiyi məlumata görə, hadisə Ələt-Astara magistral yolunun Cəlilabad rayonunun Alar kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Zəncirvarı qəzada ikisi “VAZ-2106”, “Chevrolet” markalı maşınlar olmaqla  3 minik avtomobili toqquşub. Nəticədə Masallı rayonunun Ərkivan qəsəbə sakinləri, "VAZ"ın sürücüsü 37 yaşlı Pərviz Xəlilov, 48 yaşlı Səbiyyə Xəlilova hadisə yerində ölüblər. Həmən avtomaşında sərnişin qismində ailənin digər iki üzvü 55 yaşlı Famil Xəlilov, 16 yaşlı Əsəd Xəlilov və digər avtomaşında olan Cəlilabad sakinləri, 46 yaşlı Zərxara Əhmədova, 51 yaşlı Azay Əhmədov, müxtəlif bədən xəsarətləri alaraq Cəlilabad Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Xəstəxanada onlara ilkin tibbi yardım göstərilib. Famil və  Əsəd Xəlilovların  vəziyyəti ağır olduğundan axşam saatlarında paytaxt xəstəxanalarından birinə yola salınıb.

 

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsində cinayət işi açılıb, araşdırma aparılır.

 

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR