Ukraynada ən böyük silah anbarı göyə sovruldu - GÜCLÜ PARTLAYIŞLAR

Ukraynanın ən böyük silah anbarlarından biri partlayıb. APA TV-nin Rusiya mətbuatına istinadən məlumatına görə, hadisə Xarkov vilayətinin Balakleya şəhəri yaxınlığındakı hərbi anbarda qeydə alınıb.


Partlayışdan sonra silah-sursat saxlanılan böyük bir ərazidə yanğın baş verib. Şahidlər yanğının anidən genişləndiyi təsdiqləyir. Alovların hündürlüyü bir neçə kilometrdən görünür.

Yanğın nəticəsində partlayışların davam etdiyi deyilir. Balakleya şəhərindən sakinlərin təxliyəsinə başlanıb. Mobil rabitə xidmətində də problemlər yaranıb.

 

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR