“DQR”in sabiq “müdafiə naziri” raket qaçaqmalçılığına görə tutuldu
Martın 23-də İrəvanda qondarma “Dağlıq Qarabağ Respublikası”nın sabiq “müdafiə naziri” Samvel Babayan saxlanılıb. Ermənistan Milli Təhlükəsizlik Xidməti onun saxlanıldığını təsdiqləyib və məsələnin təfərrüatını açıqlayıb.
Xidmətin yaydığı məlumata görə, Samvel Babayan və daha iki şəxs “İqla” zenit-raket kompleksinin qaçaqmalçılığında şübhəli bilinərək saxlanılıblar. İstintaq araşdırması nəticəsində məlum olub ki, zenit-raket kompleksini Ermənistana gətirən şəxslər S.Babayanla əlbir olub, onun sifarişi ilə hərəkət ediblər.
Ekspertiza “9M39” döyüş raketinin istifadəyə yararlı olduğunu təsdiqləyib. Hazırda zenit-raket kompleksinin əldə edilməsinin motivləri, mümkün hədəfləri və maliyyə mənbəyi öyrənilir.
OXŞAR XƏBƏRLƏR
17:05
463
"Torqovı"da iaşə obyektləri YANDI - XƏSARƏT ALANLAR VAR
14:29
579
Abel Məhərrəmovun oğlu səfir vəzifəsindən geri çağırıldı
13:49
578
TƏCİLİ: Tərtərdəki dəhşətli hadisə ilə bağlı bir nəfər SAXLANILDI
14:39
1124
Rusiyadan Ermənistana Azərbaycan üzərindən YÜK GÖNDƏRİLDİ
10:29
1204
10 yeni stansiya tikiləcək – RƏSMİ AÇIQLAMA
17:40
1731