Ukraynada Ermənistanın “Eurovision” təmsilçisi ilə bağlı araşdırmalar başladı
Ukrayna Təhlükəsizlik Xidməti Ermənistanın “Eurovision-2017”dəki təmsilçisi Arsvik Arutunyanın Krıma səfər edib-etməməsi ilə bağlı araşdırmalara başlayıb. Bunu Ukrayna Təhlükəsizlik Xidmətinin sözçüsü Yelena Gitlyanskaya televiziya ilə çıxışında bildirib.
KİV-in məlumatına görə, Arsvik Arutunyana Krıma səfər etməsi ilə əlaqədar Ukraynaya giriş qadağası qoyula bilər. Ukrayna daxili işlər nazirinin müşaviri Anton Geraşşenko bildirib ki, əgər müğənni Krımın ilhaqından sonra ora səfər edibsə, onun Ukraynaya girişi ilə bağlı xüsusi qərar qəbul ediləcək.
Ukrayna Təhlükəsizlik Xidmətinin sözçüsü Yelena Gitlyanskaya isə deyib ki, əgər Arsvik Arutunyanın Krıma səfər etdiyi dəlillərlə təsdiqlənsə, onun Ukraynaya girişi qadağan edilə bilər.
Martın 22-də Ukrayna Təhlükəsizlik Xidməti Rusiyanın “Eurovision” təmsilçisi Yuliya Samoylovanın Ukraynaya girişinə üç illik qadağa qoyub.
Qeyd edək ki, “Eurovision” mahnı müsabiqəsi bu il Kiyevdə keçiriləcək. Müsabiqənin finalı mayın 13-nə təyin edilib.
OXŞAR XƏBƏRLƏR
"Torqovı"da iaşə obyektləri YANDI - XƏSARƏT ALANLAR VAR
Abel Məhərrəmovun oğlu səfir vəzifəsindən geri çağırıldı
TƏCİLİ: Tərtərdəki dəhşətli hadisə ilə bağlı bir nəfər SAXLANILDI
Rusiyadan Ermənistana Azərbaycan üzərindən YÜK GÖNDƏRİLDİ
10 yeni stansiya tikiləcək – RƏSMİ AÇIQLAMA