UEFA Çempionlar Liqasında hansı ölkədən neçə klub iştirak edəcək? -YENİ QAYDALAR
UEFA Çempionlar Liqasının 2018/19 mövsümü üçün qrup mərhələsində hansı ölkədən neçə komandanın iştirak edəcəyini açıqlayıb. APA TV xəbər verir ki, qurum rəsmi saytı vasitəsilə yayımladığı məlumatda suallara aydınlıq gətirib. İspaniya, Almaniya, İngiltərə və İtaliya qitənin ən nüfuzlu klub turnirinin qrup mərhələsində 4 komanda ilə təmsil olunacaq.
Reytinq sıralamasında 5 və 6-cı pillələrdə qərarlaşmış Fransa və Rusiyanın iki komandası birbaşa həlledici mərhələdə yer alacaq. Hər iki ölkənin daha bir təmsilçisi isə pley-offlarda oynayacaq.
İlk onluqda qərarlaşmış digər ölkələr – Portuqaliya, Ukrayna, Belçika və Türkiyə qruplarda və pley-offlarda 1 komanda ilə mübarizə aparacaqlar.
11 və 12-ci pillələrin sahibi olan Çexiya və İsveçrədən isə bir klub qruplardan bir öncəki pley-off mərhələsində yer almağa haqq qazanacaqlar.
Qeyd edək ki, reytinq sıralamasında 26-cı pillədə yer almış Azərbaycan Avrokuboklarda ümumilikdə 4, Çempionlar Liqasında isə 1 komanda ilə mübarizə aparır. Təmsilçimiz mübarizəyə ikinci təsnifat mərhələsindən başlayacaq.
OXŞAR XƏBƏRLƏR
"Torqovı"da iaşə obyektləri YANDI - XƏSARƏT ALANLAR VAR
Abel Məhərrəmovun oğlu səfir vəzifəsindən geri çağırıldı
TƏCİLİ: Tərtərdəki dəhşətli hadisə ilə bağlı bir nəfər SAXLANILDI
Rusiyadan Ermənistana Azərbaycan üzərindən YÜK GÖNDƏRİLDİ
10 yeni stansiya tikiləcək – RƏSMİ AÇIQLAMA