Brüssel terrorunun ildönümündə Londonda terror törədildi: ölənlər var

Böyük Britaniyanın parlament binası yaxınlığındakı Vestminster körpüsü üzərində silahlı insident baş verib. Silahlı şəxsin maşınını insanların üzərinə sürməsi nəticəsində 4 nəfər ölüb, azı 20 adam yaralanıb. Sonra maşın parlament binasını əhatə edən barmaqlıqlara çırpılıb. Silahlı şəxs maşından insanların üzərinə atəş açıb.

 

Daha sonra o bıçaqla polislərin üzərinə hücum edib. Nəticədə polis onu vuraraq öldürüb. Polis hadisəni terror hadisəsi elan edib.

 

Yaralananlardan 3-nün fransalı tələbə olduğu bildirilir. Terror aktı nəticəsində xəsarət alanlardan 4-nün vəziyyəti ağırdır. Parlament binasının ətrafında olan dükan və metro stansiyaları bağlanıb.

 

Polis insanlara hadisə yerinə yaxınlaşmamağı tövsiyə edib.

 

İnsident Brüsseldə törədilən terror aktının ildönümü ilə üst-üstə düşüb. Keçən il martın 22-də Belçika paytaxtının hava limanı və metro stansiyasında törədilən terror aktı nəticəsində 35 nəfər ölmüşdü. İŞİD terror qruplaşması məsuliyyəti üzərinə götürmüşdü.

 

Müəllif | Apa.Tv

OXŞAR XƏBƏRLƏR