Ağdamda toy karvanında qəza: piyada vuruldu
Ağdamda toy karvanında gedən maşın yolu keçən piyadanı vurub. APA TV-nin Qarabağ bürosunun məlumatına görə, hadisə rayonun Quzanlı qəsəbəsində baş verib.
Sahil Dərgahov idarə etdiyi “VAZ 2107” markalı, 10 US 492 dövlət nömrə nişanlı maşınla yolu qarşı tərəfə keçmək istəyən rayonun Qərvənd kənd sakini 1977-ci il təvəllüdlü Cəlal Quliyevi vurub.
Yaralı piyada Ağdam Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Həkimlər Cəlal Quliyevin sağ ayağında sınıqlar olduğunu deyib. Faktla bağlı araşdırma başlanıb.
OXŞAR XƏBƏRLƏR
17:05
460
"Torqovı"da iaşə obyektləri YANDI - XƏSARƏT ALANLAR VAR
14:29
577
Abel Məhərrəmovun oğlu səfir vəzifəsindən geri çağırıldı
13:49
576
TƏCİLİ: Tərtərdəki dəhşətli hadisə ilə bağlı bir nəfər SAXLANILDI
14:39
1124
Rusiyadan Ermənistana Azərbaycan üzərindən YÜK GÖNDƏRİLDİ
10:29
1204
10 yeni stansiya tikiləcək – RƏSMİ AÇIQLAMA
17:40
1731