İŞİD-in "xilafət" fətvası verdiyi məscid mühasirəyə alındı

İraq ordusu Mosulun qərb məhəllələrini ələ keçirib. APA TV-nin "Euronews"a istinadən verdiyi məlumata görə, hökumət qüvvələri Ən-Nuri məscidini mühasirəyə alıb.


Adı çəkilən məscidin Mosulda strateji nöqtə olmasından əlavə, bura həmdə İŞİD üçün simvolik önəm daşıyır. Terrorçular 3 il əvvəl məhz Ən-Nuri məscidində "xilafət dövləti"nin qurulduğunu elan edib.

Mosulun qədim məhəllələrində də ağır döyüşlər gedir. Küçələrin dar olması İraq ordusunun texnikadan istifadə şansını sıfıra endirib. Hər iki tərəf daha çox snayperlərə üstünlük verir.

Şəhər sakinləri atəşin bir an da olsun dayanmadığını, evlərindən çıxmadıqlarını deyir.

Mosulun bu hissəsində 600 min sakin girov qalıb. Şəhərdən qaçanların da sayı çoxdur. Şəhər ətrafında qaçqınlar üçün yaradılmış iki düşərgə artıq dolub.

Qaçqınlar adı çəkilən düşərgələrdə də yaşamağın mümkünsüz olduğunu bildirib.

Ümumiyyətlə Mosulu tərk edən əhalinin sayı 400 mini keçib.

İŞİD İraqda bu şəhəri özünə "paytaxt" elan edib. Mosulun terrorçulardan təmizlənməsi məqsədi daşıyan əməliyyat ötən ilin oktyabrında başlayıb.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR