Kommunistlərdən qorunan qədim Quran kitabları Salyan kitabxanasına verildi - 80 İL SONRA

Qafqaz müsəlmanlarının III şeyxülislamı Şeyx Əhməd Salyaniyə (1862-1884) məxsus 250 yaşı olan  iki  ədəd müqəddəs Qurani-Kərimin xəttatlıq üslubunda işlənilən əlyazmaları Nizami Gəncəvi adına Salyan şəhər Mərkəzi Kitabxanasına hədiyyə olaraq verilib.


Hazırda  Şeyx Əhməd Salyaniyə məxsus olan müqəddəs kitablar kitabxananın “Kitab abidələr”i bölməsində saxlanılır. Həmin bölmədə yaşı bir əsrdən çox olan nadir kitablar da var. İndi onların sayı 114 ədəddir. Həmin kitablar dövlət reyestr xidmətində qeydiyyatdan keçib və xüsusi qaydada qorunur.
 

Şeyxülislamlığı dövründə (1862-1884) Şeyx Əhməd Salyaninin həmin bu kitablardan istifadə etdiyi güman edilir. Vəfatından sonra ondan yadigar qalan bu kitablar 1937-ci il repressiya qurbanı olan Salyanın nüfuzlu din xadimi Axund Mirbağır Ağa Ağazadə tərəfindən kommunistlərin əlinə keçməsin deyə torpağa basdırıb. Bir neçə il bundan əvvəl qazıntılar zamanı onlar aşkar edilib və şəxsi kitabxanalardan birində qorunub saxlanılıb.
 

Şeyx Əhməd Salyani (Əhməd Hüseynzadə) 1812-ci ildə Salyanda doğulub, 1887-ci ildə Tiflisdə vəfat edib. Şeyx Əhməd Salyani Qafqaz müsəlmanlarının I şeyxülislamı Məhəmmədəli Hüseynzadənin oğlu, görkəmli mütəfəkkir Əli bəy Hüseynzadənin ana babasıdır.

  

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR