ABŞ Monteneqronun NATO-ya qəbul olunmasını tələb etdi
ABŞ dövlət katibi Reks Tillerson Senatı Monteneqronun NATO-ya üzvlüyü barədə sənədi ratifikasiya etməyə çağırıb
APA TV-nin "Reuters"ə istinadən verdiyi məlumata görə, dövlət katibi müvafiq sənədi martın 7-də imzalayıb.
“Bu, ABŞ-ın maraqlarına uyğundur”, - deyə məktubda qeyd olunur.
Ötən il NATO-nun Brüsseldəki mənzil-qərargahında Monteneqronun alyansa qəbulu ilə bağlı protokol imzalanıb. Protokolun NATO ölkələrinin parlamentlərində ratifikasiyasından sonra Montoneqro rəsmən Alyansa üzv olacaq.
Bu arada ABŞ prezidenti Donald Tramp NATO-nun dövlət başçıları səviyyəsində keçiriləcək sammitində iştirak edəcək.
Bunu Ağ Evin mətbuat katibi Şon Spayser bəyan edib.
“Prezident Tramp aprelin 25-də Brüsseldə NATO-nun zirvə görüşünə qatılacaq. Alyansın baş katibi Yens Stoltenberq sammitin keçiriləcəyi tarixi bu gün elan edib”, - deyə Ş.Spayser bildirib.
Bundan əvvəl aprelin 12-də ABŞ lideri Vaşinqtonda NATO-nun baş katibini qəbul edəcək. Bu, Stoltenberq və Tramp arasında keçiriləcək ilk rəsmi görüş olacaq.
OXŞAR XƏBƏRLƏR
"Torqovı"da iaşə obyektləri YANDI - XƏSARƏT ALANLAR VAR
Abel Məhərrəmovun oğlu səfir vəzifəsindən geri çağırıldı
TƏCİLİ: Tərtərdəki dəhşətli hadisə ilə bağlı bir nəfər SAXLANILDI
Rusiyadan Ermənistana Azərbaycan üzərindən YÜK GÖNDƏRİLDİ
10 yeni stansiya tikiləcək – RƏSMİ AÇIQLAMA