Ermənilər Rusiyaya qaçır: müharibə qorxusu, aclıq, etimadsızlıq...

Ermənistanda miqrasiyanın səviyyəsi durmadan artır.

 

APA TV-nin Ermənistan mətbuatına istinadən məlumatına görə, ölkəni tərk etmək istəyənlərin statistikası artan templə inkişaf edir.

 

Ölkədən gedən və ya vətəndaşlıqdan imtina edən ermənilərin seçdiyi ilk ünvan isə Rusiyadır. Təkcə 2016-cı il ərzində 22264 nəfər erməni Rusiya vətəndaşlığını qəbul edib. 2015-ci ildə isə bu rəqəm 18653 nəfər olub. Bundan başqa ölkə əhalisinin seçdiyi ölkələr arasında ABŞ, Kanada, Fransa, Ukrayna və Türkiyənin də adı var.

 

Əhalinin kütləvi miqrasiyasına səbəb ilk növbədə ölkədəki ağır sosial-iqtisadi vəziyyət, sosial və siyasi ədalətin olmaması, habelə Dağlıq Qarabağda yenidən sarsıdıcı hərbi əməliyyatların başlanma ehtimalıdır.

 

Ermənistanda vəziyyət o dərəcəyə çatıb ki, indi hakimiyyətdə hansı siyasi qüvvənin olması artıq son dərəcə ağır vəziyyətdə yaşamağa məcbur xalqın marağında deyil.

Ölkədəki bir sıra sorğu şirkətlərinin il ərzində açıqladıqları hesabatlarda Ermənistan əhalisinin yaşayış səviyyəsinin ötən illərlə müqayisədə daha da ağırlaşdığını açıqlayıb.

 

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR