"Ən Nüsra Cəbhəsi" Dəməşqə hücum etdi, şiddətli döyüşlər gedir

"Ən Nüsra Cəbhəsi" Suriyanın paytaxtı Dəməşqə güclü hücuma keçib. APA TV-nin "Euronews"a istinadən məlumatına görə, şəhərin şərqində şiddətli döyüşlər başlayıb.


Əsəd hakimiyyətinə müxalif olan qruplaşma hücum görüntülərini internetdə yayıb.

Qruplaşma hökumət qüvvələrinin postunun yaxınlığında partlayıcı quraşdırılmış maşını partladıb, ərazidəki tekstil fabrikinin və enerji kampaniyasının binasını ələ keçirməyə cəhd edib.

Suriya aviasiyası onların hücumunun qarşısını almaq üçün bölgəni bombalayıb. Son üç gün ərzində bu, "Ən Nüsra Cəbhəsi"nin Dəməşqə ikinci hücumudur.

 

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR