Ukrayna Ermənistanı qapı dalına qoyur - "EUROVİSİON" QALMAQALI

Ermənistanı bu il Ukraynada keçiriləcək "Eurovision" yarışmasında təmsil edəcək müğənni təşkilatçı ölkəyə buraxılmaya bilər.


APA TV-nin məlumatına görə, bu barədə Rusiya mənbələri xəbər verib.

Artsvik Arutyunyanın Krıma görə Ukraynaya buraxılmayacağı qeyd edilir.

Ukraynanın təhlükəsizlik xidməti onun yarımadanı qanunsuz ziyarət etdiyini dəqiqləşdirib.

Hazırda qərarın qətiləşdirilməsi barədə müzakirələr gedir.

Mahnı yarışması Kiyevdə keçiriləcək. Yarımfinallar mayın 9-u və 11-i, final isə mayın 13-də baş tutacaqş 

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR