Şimali Koreyadan yeni təhlükəli addım - NÖVBƏTİ RAKET SINAĞI

Şimali Koreya raket buraxılışı həyata keçirib.

 

APA TV-nin məlumatına görə, bu barədə “Kyodo” agentliyinə Yaponiya hökumətindəki mənbələrdən məlum olub.

 

Raketin ölkənin şərqindəki Vonsan şəhərindən buraxıldığı ehtimal edilir. Növü məlum olmayan raketin sınaq buraxılışı  uğursuz olub.

 

Martın 19-da KXDR rəhbərliyi “Tonçhan-Ri” raket bazasında yeni nəsil  raket mühərrikini, martın 7-də isə ABŞ və Yaponiya  hərbi bazalarına zərbələrin endirilməsini sınaqdan keçirdiyini bəyan edib.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR