Türkiyədə FETÖ üzvü olan 26 hakim və prokuror həbs edildi
İstanbul Cümhuriyyət Baş Prokurorluğunda araşdırılan FETÖ cinayətinin istintaqı çərçivəsində işdən çıxarılan 55 hakim və prokuror barəsində həbs qərarı verilib.
APA TV-nin Türkiyə mətbuatına istinadən məlumatına görə, keçirilən əməliyyatla onlardan 26 nəfər saxlanılıb. Həmin şəxslərə qarşı "terror təşkilatına üzv olma" maddəsi ilə ittiham irəli sürülüb.
Qeyd edək ki, saxlanılanların adları bir müddət əvvəl Hakimlər və Prokurorlar Ali Şurası tərəfindən hüquqi fəaliyyətinə xitam verilən 202 nəfərin siyahısında yer alıb.
OXŞAR XƏBƏRLƏR
17:05
528
"Torqovı"da iaşə obyektləri YANDI - XƏSARƏT ALANLAR VAR
14:29
640
Abel Məhərrəmovun oğlu səfir vəzifəsindən geri çağırıldı
13:49
638
TƏCİLİ: Tərtərdəki dəhşətli hadisə ilə bağlı bir nəfər SAXLANILDI
14:39
1126
Rusiyadan Ermənistana Azərbaycan üzərindən YÜK GÖNDƏRİLDİ
10:29
1210
10 yeni stansiya tikiləcək – RƏSMİ AÇIQLAMA
17:40
1733