Rusiya siyasi elitası Trampın binalarından ev alıb - QALMAQAL
Rusiyalı iş adamları və regional siyasətçilər Donald Trampa məxsus yaşayış komplekslərdə daşınmaz əmlaka sahibdir.
Donald Tramp seçki kampaniyası zamanı Rusiya ilə biznes əlaqələrinin olması ilə bağlı məlumatları israrla təkzib edirdi.
Məlumatlı mənbələr əsasən Floridada yerləşən binalarda "Spetsstroy" Federal Agentliyinin sabiq top-meneceri Aleksandr Yuzvik, "Vikinq" İnvestisiya Bankının prezidenti Aleksey Ustaev, "Absolure Group LLC" şirkətinin həmtəsisçisi Andrey Truskovun ümumilikdə 98, 4 milyon dollar məbləğində daşınmaz əmlak əldə etdiklərini bildirib.
Daha bir maraqlı məqam ümumi sayı 2044 olan bu obyektlərin əsl sahiblərinin adına rəsmiləşdirilməməsidir.
Qeyd edək ki, ABŞ-ın daşınmaz əmlak üzrə tanınmış agentlərindən olan Edqardo Defortuna prezident Donald Trampın daşınmaz əmlak satışından əldə etdiyi ümumi gəlirin 20-80 milyon dollar arası olduğunu açıqlayıb.
OXŞAR XƏBƏRLƏR
"Torqovı"da iaşə obyektləri YANDI - XƏSARƏT ALANLAR VAR
Abel Məhərrəmovun oğlu səfir vəzifəsindən geri çağırıldı
TƏCİLİ: Tərtərdəki dəhşətli hadisə ilə bağlı bir nəfər SAXLANILDI
Rusiyadan Ermənistana Azərbaycan üzərindən YÜK GÖNDƏRİLDİ
10 yeni stansiya tikiləcək – RƏSMİ AÇIQLAMA