Ermənistan parlamenti “Dağlıq Qarabağ"ın müstəqilliyini tanımadı
Ermənistan parlamentindəki fraksiyaların əksəriyyəti “Dağlıq Qarabağın müstəqilliyinin Ermənistan tərəfindən tanınması haqqında” qanun layihəsi ilə bağlı səsverməni boykot edib. APA-nın “Novosti Armeniya”ya istinadən xəbərinə görə, “İrs” partiyasının fraksiya rəhbəri Zarui Postancyan tərəfindən təqdim olunmuş qanun layihəsinin lehinə 10 nəfər səs verib, bir nəfər bitərəf qalıb, əleyhinə səs verən isə olmayıb. Səsvermədən öncə Zarui Postancyan Dağlıq Qarabağın “müstəqilliyinin” Ermənistan tərəfindən tanınmasının vacibliyini bir daha vurğulamaq istəyib, lakin spiker Ovik Abramyan onun mikrofonunun söndürülməsinə göstəriş verib. Hakim Respublika Partiyasının parlament fraksiyasının rəhbəri Qalust Saakyan və “Çiçəklənən Ermənistan” Partiyasının parlament fraksiyasının katibi Naira Zöhrabyan səsvermədə iştirak etməyəcəklərini bəyan ediblər. Müxalif Ermənistan Milli Konqresinin parlament fraksiyasının rəhbəri Levon Zurabyan isə Dağlıq Qarabağın “müstəqilliyinin” Ermənistan tərəfindən tanınmasının tərəfdarı olduqlarını, lakin hazırda bu addımın vaxtının çatmadığını deyib və səsvermədə iştirak etməyəcəklərini söyləyib. Qeyd edək ki, bundan əvvəl “Daşnaksütun” Partiyasının fraksiyası qanun layihəsinin lehinə səs verəcəyini bildirib.
OXŞAR XƏBƏRLƏR
Səhiyyə Nazirliyi: Azad edilmiş ərazilərdə xəstəxanaların layihələndirilməsi işləri gedir
"Azərbaycanın yaratdığı əməkdaşlıq irsinə əsaslanan model formalaşdıracağıq"
Bakıda leysan, dağlarda qar gözlənilir - HAVA PROQNOZU
Bakıda və bölgələrdə güclü külək gözlənilir
Yardımlıda qədim dəfn adətlərinə dair FAKTLAR ÜZƏ ÇIXDI