"Hacıqabullu Baron" həbs olundu
Hacıqabul sakininin evindən külli miqdarda narkotik vasitə olan qurudulmuş marixuana götürülüb. APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, Hacıqabul rayon Polis Şöbəsi tərəfindən rayon sakini, 57 yaşlı Abasov İbrahim Eldar oğlu saxlanılıb. Əməliyyat-axtarış tədbirləri çərçivəsində onun üzərinə baxış keçirilən zaman 2 ədəd kibrit qutusuna qablaşdırılan 3,61 və 4,02 qram qurudulmuş marixuana aşkar edilərək götürülüb. Keçirilən tədbirin davamı olaraq İbrahim Abasovun yaşadığı evin zirzəmisinə baxış zamanı oradan 1,047 kiloqram narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülüb.
Saxlanılan şəxs narkotik vasitəni mərhum qohumundan aldığını deyib.
Bundan əvvəl Rusiyada narkotik vasitələrin qanunsuz dövriyyəsi ittihamı ilə məhkum olunan İbrahim Abasov kriminal aləmdə “Baron” ləqəbi ilə tanınır.
Faktla bağlı Hacıqabul Polis Şöbəsində cinayət işi başlanıb, araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
"Torqovı"da iaşə obyektləri YANDI - XƏSARƏT ALANLAR VAR
Abel Məhərrəmovun oğlu səfir vəzifəsindən geri çağırıldı
TƏCİLİ: Tərtərdəki dəhşətli hadisə ilə bağlı bir nəfər SAXLANILDI
Rusiyadan Ermənistana Azərbaycan üzərindən YÜK GÖNDƏRİLDİ
10 yeni stansiya tikiləcək – RƏSMİ AÇIQLAMA