Əfv olunan nigeriyalı futbolçu: "İçəridə Azərbaycan dilini bir az öyrəndim"
Bu gün 10 , 16 , 11 və Bakı istintaq təcridxanasında prezident İlham Əliyevin dünən imzaladığı əfv sərəncamının icrası həyata keçirilib. 10 saylı cəzaçəkmə müəssisəsində 27 məhkuma Penitensiar Xidmətin rəhbərliyi buraxılış vərəqələrini təqdim edilib. Onlardan üç nəfəri əcnəbi vətəndaşdır. 8 il məhbusluq həyatından sonra əfv edilən Nigeriya vətəndaşı Emmanuel Odex
çox sevincli görünürdü.
"Mən futbolçuyam. Bakıda "Şəfa"da oynamışam. Azərbaycan dilini bir az öyrəndim. Narkotikə görə tutulmuşam".
Məhkum Zaur İsmayılov da sevinclidir: "Əfv fərmanı mənə də şamil olub. Arzu edirəm dövlətin humanizm prinsiplərindən istifadə edərək prezidentimiz çəmi məhkumların hər birini sevindirsin".
Digər məhkum Rəhim Sadıqov prezidentə təşəkkür edib: "Təşəkkür edirəm cənab prezidentə, bu bayram günündə ailəmizi, uşaqlarımızı sevindirdi"
1000 nəfərdən yuxarı məhbusu olan 10 saylı cəzaçəkmə müəssisəsində əfv olunanlara çantalarını yığmağa icazə verilir. Kameralara gedən yolda isə onları yüzlərlə məhbus gözləyir.
Bakı İstintaq Təcridxanasından, 11 və 16 saylı cəzaçəkmə müəssisəsindən ümumilikdə daha 27 nəfər əfv olunub.
Qeyd edək ki, əfv sərəncamı ümumilikdə 423 nəfərə şamil olunub. Məhkumlardan 412-i azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş hissəsindən azad edilib. Dörd məhkum şərti azadlıqdan məhrumetmə, bir məhkum islah işləri, üç məhkum isə cərimə cəzasından azad olunub.
OXŞAR XƏBƏRLƏR
"Torqovı"da iaşə obyektləri YANDI - XƏSARƏT ALANLAR VAR
Abel Məhərrəmovun oğlu səfir vəzifəsindən geri çağırıldı
TƏCİLİ: Tərtərdəki dəhşətli hadisə ilə bağlı bir nəfər SAXLANILDI
Rusiyadan Ermənistana Azərbaycan üzərindən YÜK GÖNDƏRİLDİ
10 yeni stansiya tikiləcək – RƏSMİ AÇIQLAMA