Müdafiə naziri Zakiri Həsənov Çingiz Qurbanovun 40 mərasimində iştirak edib
Bu gün Milli Qəhrəman Çingiz Qurbanov 40 mərasimi keçirilir.
APA TV-nin Şimal bürosunun verdiyi məlumata görə, mərasimdə müdafiə naziri general-polkovnik Zakir Həsənov da iştirak edib. Milli Qəhrəmanın 40 mərasiminə rayonun müxtəlif təşkilat və qurumlarının əməkdaşları qatılıb.
Çingiz Qurbanovun haqqında yazılmış "Çingiz dastanı" kitabının da təqdimatı olub.
Qeyd edək ki, Çingiz Qurbanov 2016-cı il dekabrın 29-da şəhid olub. Onun nəşi 2017-ci il fevralın 5-də qarşı tərəfdən alınıb.
Fevralın 7-də Prezident İlham Əliyev Azərbaycanın ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə və döyüş tapşırığını yerinə yetirərkən göstərdiyi şəxsi igidliyə görə əsgər Çingiz Qurbanova ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilməsi barədə sərəncam imzalayıb.
OXŞAR XƏBƏRLƏR
"Torqovı"da iaşə obyektləri YANDI - XƏSARƏT ALANLAR VAR
Abel Məhərrəmovun oğlu səfir vəzifəsindən geri çağırıldı
TƏCİLİ: Tərtərdəki dəhşətli hadisə ilə bağlı bir nəfər SAXLANILDI
Rusiyadan Ermənistana Azərbaycan üzərindən YÜK GÖNDƏRİLDİ
10 yeni stansiya tikiləcək – RƏSMİ AÇIQLAMA