İsrail Suriyada bir neçə məntəqəni bombaladı

İsrail Hərbi Hava Qüvvələrinə məxsus qırıcılar Suriyadakı hədəflərə aviazərbələr endirərkən zenit raketlərindən atəşə tutulub.

 

APA TV-nin "Reuters"ə istinadən xəbərinə görə, bu barədə məlumat İsrail hərbi dairələrindən verilib.

 

Qırıcılar istiqamətində bir neçə raket buraxılsa da, İsrail hava hücumundan müdafiə qüvvələri onlara əks-zərbələr endirərək, yalnız birini məhv edə bilib, qalanları isə hədəfə dəyməyib.

 

Hadisənin baş verdiyi an İordan çayı sahilində yerləşən şəhərlərdə xəbərdarlıq siqnalları işə düşüb.

Agentliyin mənbələri Suriyaya aviazərbələrin səbəbi kimi, Qüdsdə "Hizbullah"a silah təchizatının qarşısının alınması məsələsini göstərib.

 


 

 

Müəllif | Apa.Tv
Fərid Rəsulov

OXŞAR XƏBƏRLƏR