Türkiyə Rusiyaya "taxıl müharibəsi" elan etdi

Türkiyə hökuməti Rusiyadan buğda, qarğıdalı və günəbaxan idxalı üçün güzəştli şərtləri ləğv edib. Bu, idxal olunan məhsulun qiymətinin avtomatik olaraq 130 faiz bahalaşması deməkdir.

 

APA TV-nin məlumatına görə, Rusiyanın müvafiq qurumları Türkiyə hökumətinin bu barədə qərarından xəbərsiz olduqlarını açıqlayıblar.
 

Türkiyə Misirdən sonra Rusiyadan ən çox dənli bitkilər idxal edən ikinci dövlətdir. Türkiyə ötən il Rusiyadan 1 milyon tona yaxın qarğıdalı idxal edib.
 

Ankaranın bu addımı Rusiyaya cavab kimi dəyərləndirilir. Təyyarə insidentindən sonra Moskva Türkiyədən pomidorların idxalına qadağa qoymuşdu. Bu qadağa hələ də qüvvədə qalır. 

Müəllif | Apa.Tv
Elvin Bayramlı

OXŞAR XƏBƏRLƏR