ABŞ komandanlığı etiraf etdi: Məscidi bombalamışıq

ABŞ Mərkəzi Qüvvətlər Komandanlığı (CENTCOM) Hələbin Cina kəndi yaxınlığında yerləşən bir məntəqəyə hücum etdiyini etiraf edib.

 

APA TV-nin məlumatına görə, bundan əvvəl CENTCOM "İdlibdə "Əl-Qaidə"yə aid bir toplanış məntəqəsinin vurulduğunu və çox sayda terrorçunun öldürüldüyünü" iddia etmişdi.

 

Komandanlıqdan bildirilib ki, İdlib yox, Hələbin Cina kəndi yaxınlarında bir məntəqə bombalanıb. Hadisənin araşdırılacağı qeyd olunub, məscidə hücum edildiyi inkar olunmayıb.

 

CENTCOM-un sözçüsü polkovnik John J. Thomas hərbçilərin məscidi hədəfə almadıqlarını, hədəfin ancaq məscidin 15 metrliyində yerləşən bir bina olduğunu deyib.

 

Qeyd edək ki, ötən gün Hələbin Etarib qəsəbəsinə bağlı Cina kəndində bir məscidə edilən hücum nəticəsində 58 insan ölüb, 100-dən artıq insanın yaralanıb. Hadisə baş verən vaxtı məsciddə 200-300 adam olub.  

Müəllif | Apa.Tv
Elvin Bayramlı

OXŞAR XƏBƏRLƏR