FES-dən gələn bəyanatlar nefti bahalaşdırır
Federal Ehtiyat Sisteminin iclasından sonra yumşaq tonda verilən açıqlamalar neftin qiymətinə pozitiv təsir göstərib. Son 24 saat ərzində "Brent" markalı neftin maksimum qiyməti 52,55 dollar olub, Qərbi Texas neftinin ən yüksək qiyməti 49,51 dollar olub. Hazırda qiymətlər "Brent" markası üzrə 51,79, WTİ markası üzrə isə 48,86 dollardır.
Neftin bahalaşmasına daha iki amil təsir göstərib. OPEK razılaşması səbəbilə Körfəz ölkələrindən dünya bazarına neft daşımalarının həcmi azalıb və Hyuston kanalı hava şəraitinə görə bağlanıb.
Bu gün birjalarda həftənin son seansları keçiriləcək. Proqnozlara görə, neft həftəni 52 dollar səviyyəsində başa vuracaq.
OXŞAR XƏBƏRLƏR
17:05
571
"Torqovı"da iaşə obyektləri YANDI - XƏSARƏT ALANLAR VAR
14:29
682
Abel Məhərrəmovun oğlu səfir vəzifəsindən geri çağırıldı
13:49
681
TƏCİLİ: Tərtərdəki dəhşətli hadisə ilə bağlı bir nəfər SAXLANILDI
14:39
1130
Rusiyadan Ermənistana Azərbaycan üzərindən YÜK GÖNDƏRİLDİ
10:29
1212
10 yeni stansiya tikiləcək – RƏSMİ AÇIQLAMA
17:40
1734