Moskvada atışma: erməniləri vurdular

Moskvada qanuni və qanunsuz taksi fəaliyyəti ilə məşğul olan sürücülər arasında münaqişə atışma ilə nəticələnib. APA TV-nin Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, insident nəticəsində qanunsuz taksi fəaliyyəti ilə məşğul olan iki Ermənistan vətəndaşı yaralanıb.

 

Hadisə Moskvanın Solntsevo rayonunda baş verib. Reanimasiyaya yerləşdirilən erməni qardaşlardan biri başından, digəri isə bel və ayaq nahiyəsindən xəsarət alıb.  

 

Fakt üzrə cinayət işi başlanıb. İnsidentlə əlaqədar saxlanılan yoxdur. 

Müəllif | Apa.Tv
Nəsimi Nəbizadə

OXŞAR XƏBƏRLƏR