Liviya sahillərində türk gəmisi batdı, itkin düşənlər var

Aralıq dənizində Türkiyəyə aid yük gəmisi batıb. APA TV-nin Türkiyə mətbuatına istinadən məlumatna görə, hadisə Liviya sahillərində qeydə alınıb.
Batan gəminin heyət üzvlərindən 6 nəfər xilas edilib, 7 nəfərin itkin düşdüyü bildirlir.
Heyət üzvlərinin hamsı Türkiyə vətəndaşı olub. Ərazidə xilasetmə işləri aparılır.
Gəmidə olan yük Liviyanın Mıstara limanına boşaldılmalı idi.
Hadisəyə səbəb kimi əlverişsiz hava şəraiti göstərilir. Güclü fırtınanın yaratdığı dalğalar 4 metr hündürlüyündə olub.

Müəllif | Apa.Tv
Nəsimi Nəbizadə

OXŞAR XƏBƏRLƏR