KİVDF müsabiqə qaliblərini mükafatlandırdı
Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Novruz bayramı münasibətilə keçirdiyi fərdi jurnalist yazıları müsabiqəsində birinci yerə layiq görülən media nümayəndələri mükafatlandırılıb. APA TV-nin məlumatına görə, fondun icraçı direktoru Vüqar Səfərli bildirib ki, müsabiqəyə 71 kütləvi informasiya vasitəsindən 158 yazı təqdim edilib, yazılar 12 ekspert tərəfindən qiymətləndirilib. Ümumilikdə 15 istiqamət üzrə 90 jurnalist qalib olub: "Bu yazılar içərisində hər istiqamət üzrə 6 yazı 3 ekspert tərəfindən qiymətləndirilərək, qalib hesab edilib. 15 yazı birinci yerə layiq görülüb".
Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdir müavini Vüqar Əliyev qeyd edib ki, Azərbaycan jurnalistikası fəaliyyət göstərdiyi bütün dövrlərdə Azərbaycan xalqının milli-mənəvi dəyərlərinin, mədəni irsinin və tarixinin qorunub saxlanılması və gələcək nəsillərə ötürülməsində mühüm rol oynayan təsirli vasitədir: “Bu gün Azərbaycan mediası heç bir tarixi mərhələdə olmadığı qədər dövlətin dəstəyini, diqqətini və qayğısını hiss edir. Bu gün Azərbaycanda yüzlərlə qəzet və jurnal, internet informasiya resursu, onlarla elektron kütləvi informasiya vasitəsi, televiziya, jurnalist təşkilatları geniş fəaliyyət göstərir. Azərbaycan mediası qlobal informasiya şəbəkəsinin layiqli üzvünə çevrilərək Azərbaycanın haqq səsinin dünya ictimaiyyətinə çatdırılmasında mühüm rol oynayır. Azərbaycan mediası Azərbaycan dövlətinin təəssübünü çəkir, maraqlarını müdafiə edir”.
Millət vəkili Fəttah Heydərov isə deyib ki, söz, mətbuat işi zəhmətli, şərəfli işdir: “Ona görə şərəfli işdir ki, müstəqil Azərbaycanımızın artıq dünya dövlətləri arasında özünəməxsus yeri var və dövlətimiz sülh, əmin-amanlıq, inkişaf beşiyidir. Mətbuatımız bu dəyərləri dünyaya yayır, təbliğ edir”.
Daha sonra tədbirdə qalib jurnalistlərə hədiyyələr təqdim edilib. Mərasim viktorina və bədii hissə ilə davam edib.
OXŞAR XƏBƏRLƏR
"Torqovı"da iaşə obyektləri YANDI - XƏSARƏT ALANLAR VAR
Abel Məhərrəmovun oğlu səfir vəzifəsindən geri çağırıldı
TƏCİLİ: Tərtərdəki dəhşətli hadisə ilə bağlı bir nəfər SAXLANILDI
Rusiyadan Ermənistana Azərbaycan üzərindən YÜK GÖNDƏRİLDİ
10 yeni stansiya tikiləcək – RƏSMİ AÇIQLAMA