Latviya prezidenti: "Azərbaycanın mövqeyini dəstəkləyirik"
"Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi tezliklə həll edilməlidir".
APA TV-nin məlumatına görə, bu fikirləri jurnalistlərə müsahibəsində V Qlobal Bakı Forumunda iştirak edən Latviya prezidenti Raymonds Veyonis deyib: "Dünya ölkələri bu münaqişənin sülh yolu ilə, diplomatik yolla həllində maraqlı olmalıdırlar. Latviya bu məsələdə Azərbaycanın ədalətli mövqeyini hər zaman dəstəkləyir. Münaqişənin həlli region üçün çox vacibdir. Dövlətlərin ərazi bütövlüyü təmin olunmalıdır".
Dünyanın üzləşdiyi problemlərin müzakirəsi baxımından bu cür görüşlərin vacibliyinə toxunan Latviya prezidenti deyib ki, ekstremizm, korrupsiya, insan hüquqlarının pozulması Atlantik məkanında ağır fəsadlara gətirib çıxarır və bu, təəssüfləndirici haldır. Azərbaycan ilə Latviya arasındakı yüksək səviyyəli əlaqələrdən söhbət açan Prezident Raymonds Veyonis ki, münasibətləri daha geniş məcrada inkişaf etdirmək üçün böyük potensial var. O, prezident İlham Əliyev ilə görüş zamanı əlaqələrin yeni imkanları barədə geniş fikir mübadiləsi apardıqlarını, bu il Azərbaycan prezidentinin Latviyaya səfər edəcəyini deyb.
OXŞAR XƏBƏRLƏR
"Torqovı"da iaşə obyektləri YANDI - XƏSARƏT ALANLAR VAR
Abel Məhərrəmovun oğlu səfir vəzifəsindən geri çağırıldı
TƏCİLİ: Tərtərdəki dəhşətli hadisə ilə bağlı bir nəfər SAXLANILDI
Rusiyadan Ermənistana Azərbaycan üzərindən YÜK GÖNDƏRİLDİ
10 yeni stansiya tikiləcək – RƏSMİ AÇIQLAMA