Sabiq prezidentlər və şahzadə Faysal münaqişələrin həlli ilə bağlı nə düşünür? - AÇIQLAMA
"Dağlıq Qarabağ münaqişəsində gərginliyin gözlənilmədən artması və uşaqlar da daxil olmaqla insan tələfatı ilə nəticələnən atəşkəsin pozulması xəbərini eşidəndə çox sarsılıram". APA TV-nin məlumatına görə, bu fikirləri jurnalistlərə müsahibəsində V Qlobal Bakı Forumunda iştirak edən Latviyanın sabiq prezidenti Valdis Zatlers deyib.
"Münaqişənin həllinin uzanması hamını narahat edir. Artıq münaqişə 20 ildən çoxdur ki, davam edir. Nəsillər böyüyür. Mən hesab edirəm ki, Azərbaycan heç bir zaman münaqişənin həlli yolunda mübarizədən çəkilməməlidir. Mübarizə davam etməlidir. Danışıqlar, görüşlər mütəmadi xarakter almalıdır. Dünya bilməlidir ki, Azərbaycan torpaqları işğal altındadır"
Bolqarıstanın sabiq prezidenti Rosen Plevneliyev deyib ki, sülh, qaydaların bütün insanlara tətbiq olunduğu yeganə yoldur: “Azərbaycanın öz ərazisi var. Azərbaycanın öz suveren ərazilərini idarə etmək hüququ var. Azərbaycan xalqının və rəhbərliyinin ikili standartlar problemini vurğulamaq haqqı var. Ermənistan beynəlxalq hüquq normalarını yerinə yetirməlidir".
Səudiyyə Ərəbistanı şahzadəsi, Kral Faysal Araşdırma və İslami Çalışmalar Mərkəzinin sədri Turki əl-Faysal bildirib ki, güc bir çox mərkəzlər tərəfindən bölüşdürülməlidir: “Suriya və Dağlıq Qarabağ münaqişələrində gördüyümüz kimi beynəlxalq ictimaiyyətinin gücsüzlüyü, ABŞ və Rusiyanın bu münaqişələri həll etmək istəməməsi daha böyük problemlərə gətirib çıxarıb. BMT-yə üzv ölkələr, Təhlükəsiz Şurasının 5 daimi üzvü tərəfindən yeni düşüncə tələb olunur. Fələstin və Dağlıq Qarabağın işğalına son qoymaq üçün qəbul olunan qətnamələrin icrasına maneçilik törədilməməlidir".
Qeyd edək ki, bu gün “Beynəlxalq münasibətlərin gələcəyi: güc və maraqlar” mövzusuna həsr olunan V Qlobal Bakı Forumu öz işinə başlayıb. Forum öz işini sabah davam etdirəcək.
OXŞAR XƏBƏRLƏR
"Torqovı"da iaşə obyektləri YANDI - XƏSARƏT ALANLAR VAR
Abel Məhərrəmovun oğlu səfir vəzifəsindən geri çağırıldı
TƏCİLİ: Tərtərdəki dəhşətli hadisə ilə bağlı bir nəfər SAXLANILDI
Rusiyadan Ermənistana Azərbaycan üzərindən YÜK GÖNDƏRİLDİ
10 yeni stansiya tikiləcək – RƏSMİ AÇIQLAMA