Fövqəladə hallar naziri Kəmaləddin Heydərov İran nümayəndə heyətini qəbul edib

APA TV-nin məlumatına görə, Azərbaycanın fövqəladə hallar naziri Kəmaləddin Heydərov bu gün İranın rabitə və informasiya texnologiyaları naziri, İran-Azərbaycan Hökumətlərarası İqtisadi Əməkdaşlıq Komissiyasının həmsədri Mahmud Vaezinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

 

Qonaqları səmimiyyətlə salamlayan nazir Kəmaləddin Heydərov bildirib ki, Azərbaycan prezidenti cənab İlham Əliyevin İrana son səfəri ikitərəfli əlaqələrin daha da möhkəmlənməsinə təkan verib. Ölkəmizdə fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması istiqamətində görülən işlərdən də ətraflı bəhs edən nazir vurğulayıb ki, qonşu və dost İranın müvafiq hökumət qurumları ilə əməkdaşlığın böyük perspektivləri mövcuddur.

 

Səmimi qəbula görə təşəkkürünü bildirən nazir Mahmud Vaezi son illər İranla Azərbaycan arasında əlaqələrin bütün sahələrdə güclənməsindən məmnunluğunu ifadə edib. İranlı nazir qeyd edib ki, onun təmsil olunduğu hökumət fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması üzrə əməkdaşlığın daha da inkişaf etdirilməsində maraqlıdır. 

Müəllif | Apa.Tv

OXŞAR XƏBƏRLƏR