Əli Əhmədov: "Azərbaycan Ermənistanda seçkiləri müşahidə etməyəcək"
Ermənistanda aprel ayında keçiriləcək parlament seçkiləri bu ölkə üçün yaxşı heç nə vəd etmir. APA TV-nin məlumatına görə, bunu baş nazirin müavini Əli Əhmədov deyib.
Ermənistanda keçiriləcək parlament seçkilərində müşahidəçi kimi iştirak etməsi üçün MDB ölkələrinə, o cümlədən Azərbaycana müraciət etməsi barədə xarici mətbuatda dərc edilən məlumata münasibət bildirən Əli Əhmədov bildirib ki, Azərbaycan bu seçkilərdə müşahidəçi qismində iştirak etmək niyyətində deyil. O, Azərbaycanla Ermənistan münasibətlərinin məlum olduğunu və bu münasibətlərdə heç bir dəyişiklik baş vermədiyini bildirib: "Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi bitməyincə, Azərbaycanın işğal altında olan torpaqları geri qaytarılmayınca münasibətlərdə dəyişiklik ola bilməz. Bu baxımdan Ermənistanda keçirilən seçkilər bizi az qayğılandırır. Amma mətbuatdan aldığımız məlumata görə, Ermənistanda ictimai-siyasi vəziyyət heç də onlar üçün ürəkaçan deyil. İqtisadi vəziyyətlə bağlı siyasi gərginlik artıb. Bu seçkinin nə ilə nəticələnəyi onların öz işləridir".
Əli Əhmədov vurğulayıb ki, əgər Ermənistan tərəfi gərginliyin bu vəziyyətə çatmasına səbəb olan münaqişəni aradan qaldırmayacaqsa, vəziyyətləri düzəlməyəcək. "Ən yaxşı yol odur ki, onlar bu günə qədər etdikləri səhvi başa düşərdilər və işğaldan əl çəksinlər".
OXŞAR XƏBƏRLƏR
"Torqovı"da iaşə obyektləri YANDI - XƏSARƏT ALANLAR VAR
Abel Məhərrəmovun oğlu səfir vəzifəsindən geri çağırıldı
TƏCİLİ: Tərtərdəki dəhşətli hadisə ilə bağlı bir nəfər SAXLANILDI
Rusiyadan Ermənistana Azərbaycan üzərindən YÜK GÖNDƏRİLDİ
10 yeni stansiya tikiləcək – RƏSMİ AÇIQLAMA