Bakıda güclü külək əsəcək, bölgələrdə intensiv yağışlar gözlənilir

Bakı və Abşeron yarımadasında martın 17-də bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Gündüz dəyişkən buludlu, əsasən yağmursuz keçəcək. Arabir güclənən şimal-qərb küləyi əsəcək.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən APA TV-yə verilən məlumata görə, havanın temperaturunun gecə 2-5,  gündüz 8-11 dərəcə, Bakıda gecə 3-5, gündüz  9-11 dərəcə isti olacağı gözlənilir.

          

Tibbi-meteoroloji proqnoza əsasən, martın 17-18-də Abşeron yarımadasında nisbətən dəyişkən hava şəraiti bəzi meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.

 

Azərbaycanın rayonlarında arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Gündüz əksər rayonlarda əsasən yağmursuz. Ayrı-ayrı yerlərdə duman olacaq.

 

Qərb küləyi  ayrı-ayrı yerlərdə arabir güclənəcək.

 

Havanın temperaturunun gecə 1-6, gündüz 9-14 dərəcə, dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 3-7 dərəcə isti olacağı gözlənilir.

 

Müəllif | Apa.Tv
Ayşən Əhməd

OXŞAR XƏBƏRLƏR