ABŞ hakimi Trampın fərmanının icrasını dayandırdı
Havay ştatının Federal Məhkəməsi ABŞ prezidenti Donald Trampın miqrantlarla bağlı fərmanının icrasını dayandırıb.
APA TV-nin Rusiya mətbuatına istinadən məlumatına görə, sözü gedən sənəd Suriya, İran, Liviya, Sudan, Somali və Yəmən vətəndaşlarının ABŞ ərazisinə girişini məhdudlaşdırırdı.
Martın 15-də Tennesi ştatındakı çıxışı zamanı prezident D. Tramp hakimin qərarını tənqid edərək, onu səlahiyyətlərini aşmaqda ittiham edib.
Qeyd edək ki, martın 6-da prezident D. Tramp ştatların ərazisinə Şimali Afrika və Yaxın Şərqin ümumilikdə 6 müsəlman ölkəsi vətəndaşlarının ABŞ-a buraxılmasına qadağa qoyan qanunu təsdiqləyib. Buna əsas olaraq sözü gedən dövlətlərin terrorçulara sığınacaq verdiyi göstərilib.
OXŞAR XƏBƏRLƏR
17:05
587
"Torqovı"da iaşə obyektləri YANDI - XƏSARƏT ALANLAR VAR
14:29
698
Abel Məhərrəmovun oğlu səfir vəzifəsindən geri çağırıldı
13:49
699
TƏCİLİ: Tərtərdəki dəhşətli hadisə ilə bağlı bir nəfər SAXLANILDI
14:39
1133
Rusiyadan Ermənistana Azərbaycan üzərindən YÜK GÖNDƏRİLDİ
10:29
1214
10 yeni stansiya tikiləcək – RƏSMİ AÇIQLAMA
17:40
1736