Qaçaqmalçılardan tutulan 29 min zəli Qızılqaz gölünə buraxıldı

Şirvan Milli Parkı ərazisində yerləşən Qızılqaz gölünə 29 min zəli buraxılıb.

 

APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq qurumlarının iştirakı ilə Mingəçevir şəhərinin sututarlarından götürülən zəlilər Salyan rayonu ərazisində yerləşən Şirvan Milli Parkına gətirilib. KİV, QHT və aidiyyəti qurumların iştirakı ilə 29 min zəli Qızılqaz gölünə buraxılıb.
 

Qızılqaz gölü zəlilərin yaşaması üçün əlverişli şəraitə malikdir. Gölün ərazisində zəli həmişə olub.
 

Xatırladaq ki, bu ilin yanvar və fevral aylarında qaçaqmalçılıq yolu ilə ölkədən qanunsuz çıxarılan 70 minə yaxın zəli gömrük əməkdaşları tərəfindən müsadirə edilib. Müsadirə olunan zəlilər təbiətə buraxılanadək Zoologiya İnstitutunun Mingəçevir şəhərində yerləşən sututarlarında saxlanılıb. Zəlilərin 29 mini Şirvan Milli Parkında yerləşən Qızılqaz gölünə, qalan 40 mini Şirvan nərə balıqartırma zavoduna təhvil verilib və müvafiq prosedurdan sonra onlar da təbiətə buraxılacaq.

 

 

Müəllif | Apa.Tv
Əlibəy Zeynallı

OXŞAR XƏBƏRLƏR