Federal Ehtiyat Sisteminin qərarı nefti ucuzlaşdıra bilmədi
ABŞ-ın neft ehtiyatlarının gözlənilmədən azalması "qara qızıl"ı yenidən bahalaşdırıb. Analitiklər ötən həftə ərzində ehtiyatların 3,7 milyon barel artacağını proqnozlaşdırsa da, Amerika Neft İnstitutu hasil olunmuş neft ehtiyatlarının 500 min barel azalacağını ehtimal etmişdi. Dünən ABŞ Energetika Nazirliyi həftəlik rəsmi hesabatı açıqlayaraq ehtiyatların 200 min barel azaldığını bildirib. Bu açıqlama neftin qiymətinə pozitiv təsir edib. Axşam saatlarında Federal Ehtiyat Sisteminin dolların faiz dərəcəsini 0,025 bənd qaldırmaq barədə qərar qəbul etməsi belə, neftin qiymətinə neqativ təsir göstərə bilməyib. Hazırda birjalarda "Brent" markalı neftin bir bareli 52,15 dollardan satılır. Qərbi Texas nefti isə 49,14 dollardan təklif olunur.
Xatırladaq ki, ABŞ-ın yanacaq ehtiyatlarının kəskin artmasının ardınca, Səudiyyə Ərəbistanında hasilatın artması neftin qiymətinə öldürücü zərbə vurmuşdu. Son 10 gün ərzində Federal Ehtiyat Sisteminin iclasından gözləntilər fonunda "Brent" markalı neftin qiyməti 6 dollaradək ucuzlaşmışdı. Treyderlər dolların bahalaşması fonunda belə neft bazarında qiymətləri tələb-təklifə uyğun müəyyənləşdirməyi düşünür, bu səbəbdən mart ayı ərzində neft öz əvvəlki mövqelərini bərpa edə bilər. Qeyd edək ki, martın 26-da OPEK-ə üzv ölkələrlə kartel üzvü olmayan ölkələrin növbəti birgə toplantısı keçiriləcək. Toplantıda əldə olunacaq razılaşmalar neftin qiymətinə pozitiv təsir göstərə bilər.
OXŞAR XƏBƏRLƏR
"Torqovı"da iaşə obyektləri YANDI - XƏSARƏT ALANLAR VAR
Abel Məhərrəmovun oğlu səfir vəzifəsindən geri çağırıldı
TƏCİLİ: Tərtərdəki dəhşətli hadisə ilə bağlı bir nəfər SAXLANILDI
Rusiyadan Ermənistana Azərbaycan üzərindən YÜK GÖNDƏRİLDİ
10 yeni stansiya tikiləcək – RƏSMİ AÇIQLAMA