Dolların kursu dəyişmədi, əksər valyutalar bahalaşdı - RƏSMİ MƏZƏNNƏ

Azərbaycan Mərkəzi Bankı xarici valyutaların yeni məzənnəsini açıqlayıb. ABŞ dollarının kursu dəyişməz qalıb, hazırda 1 dollar 1.7282 manatdır.

 

Manat avro və funt sterlinq qarşısında cüzi dəyər itirib. Rəsmi məzənnəyə əsasən, 1 avro 1.8532 manat, 1 funt sterlinq isə 2.1199 manat təşkil edir.

 

Türk lirəsi və Rusiya rublu da manat qarşısında güclənib. Hazırda 100 türk lirəsi 47 manat 1 qəpik, 1000 Rusiya rublu 29 manat 50 qəpikdir.

 

Xarici valyutalardan gürcü larisi manat qarşısında dəyər itirməkdə davam edir. Mərkəzi Bank 100 larinin kursunu 69 manat 20 qəpik olaraq müəyyənləşdirib.

 

Xatırladaq ki, Azərbaycan Mərkəzi Bankı rəsmi məzənnələri həftə içi hər gün açıqlayır. Həftəsonu isə üçgünlük məzənnə açıqlanır.

 

Müəllif | Apa.Tv
Ayşən Əhməd

OXŞAR XƏBƏRLƏR