Bakıda 41 yaşlı kişi bıçaqlanıb
Bakının Nizami rayonunda bıçaqlanma hadisəsi baş verib. APA TV-nin məlumatına görə, 41 yaşlı Namiq İsrafil oğlu Məmmədov Cəmşid Naxçıvanski küçəsi 78 ünvanından iki bıçaq xəsarəti ilə xəstəxanaya gətirilib. Alın və bud nahiyələrində bıçaq xəsarətləri olan Namiq Məmmədova tibbi yardım göstərilib. Həkimlər onun vəziyyətinin qənaətbəxş olduğunu bildiriblər.
Hadisə barədə Nizami Rayon Polis İdarəsinə məlumat verilib. Polis əməkdaşları yaralını dindirərək əməliyyat-axtarış tədbirlərinə başlayıblar. Hadisəni törədən şəxsin tutulması istiqamətində əməliyyat keçirilir. Faktla əlaqədar cinayət işi başlanıb.
OXŞAR XƏBƏRLƏR
17:05
587
"Torqovı"da iaşə obyektləri YANDI - XƏSARƏT ALANLAR VAR
14:29
698
Abel Məhərrəmovun oğlu səfir vəzifəsindən geri çağırıldı
13:49
699
TƏCİLİ: Tərtərdəki dəhşətli hadisə ilə bağlı bir nəfər SAXLANILDI
14:39
1133
Rusiyadan Ermənistana Azərbaycan üzərindən YÜK GÖNDƏRİLDİ
10:29
1214
10 yeni stansiya tikiləcək – RƏSMİ AÇIQLAMA
17:40
1736