FED uçot dərəcəsini artırdı və daha iki artımın anonsu verildi

Martın 15-də ABŞ-ın Federal Ehtiyatlar Sistemi (FED) Açıq Bazar Əməliyyatları üzrə Komitəsinin (FOMC) iclası keçirilib. APA TV-nin məlumatına görə, FED uçot dərəcəsini illik 0,5-0,75% səviyyəsindən 0,75-1% səviyyəsinə qədər artırıb. Sonuncu dəfə FED uçot dərəcəsini ötən il artırıb. 2016-ci ilin dekabrın 14-də tənzimləyici uçot dərəcəsinin baza faiz dərəcəsini illik 0,5-0,75%  artırılması barədə qərar qəbul etmişdi. Bundan sonra keçirilən iclaslarda uçot dərəcəsi dəyişdirilməmişdi.

 

Federal Ehtiyatlar Sistemi bu il ərzində uçot dərəcəsini daha iki dəfə, təxminən 1,375%-dək  artıracaq. Bunu Açıq Bazar Əməliyyatları üzrə Komitə üzvlərinin əksəriyyəti proqnozlaşdırır. Ötən ilin dekabrında FED 2017-сi ildə uçot dərəcəsinin 3 dəfə artırılacağını proqnozlaşdırmışdı.

 

Müəllif | Apa.Tv

OXŞAR XƏBƏRLƏR