Ağdamda dəhşətli hadisə: oğul anasını maşınla vurub öldürdü

Ötən gün Ağdamda baş verən ölüm hadisəsinin dəqiq səbəbləri məlum olub. APA TV-nin Qarabağ bürosunun məlumatına görə, Ağdam rayon Əfətli ərazi nümayəndəliyinin Hacıturallı kənd sakini  56 yaşlı Filyar Əliyevanın iribuynuzlu heyvanın vurması nəticəsində öldüyü barədə məlumat yayılsa da, onun öz oğlu tərəfindən avtomobillə vurularaq öldürüldüyü məlum olub.

6 uşaq anası Filyar Əliyevanı  1983-cü il təvəllüdlü Əliyev Niyaz Möhsüm oğlu  idarə etdiyi 02 BK 246 dövlət nömrə nişanlı  “VAZ-21011” markalı avtomobillə vurub. Yaralı qadın təcili tibbi yardım maşını ilə Ağdam Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Həkimlərin müdaxiləsinə rəğmən qadının həyatını xilas etmək mümkün olmayıb.

Hadisə yerinə gedən Ağdam rayon Polis Şöbəsinin əməkdaşlarının araşdırması zamanı məlum olub ki, Filyar Əliyevanın yaxınlarının xəstəxanada verdikləri ilkin ifadə yalandır. Onu inək vurmayıb. Anasının ölümünə səbəb olan avtomobil cərimə meydançasına gətirilib.
 

Faktla bağlı Ağdam rayon Prokurorluğunda cinayət işi açılıb araşdırma aparılır.

 

Müəllif | Apa.Tv
Ayşən Əhməd

OXŞAR XƏBƏRLƏR