1-ci mikrorayonda söküntü-tikinti işləri ilə bağlı BÜTÜN SUALLARIN CAVABLARI
"I mikrorayonda söküntü işlərə bu il başlanacaq. İşlərin 3 il ərzində yekunlaşdırılması planlaşdırılır".
APA TV-nın xəbərinə görə, bu fikirləri media nümayəndələri üçün keçirilən brifinqdə FHN-nin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəis müavini Elxan Əsədov deyib. O bildirib ki, yeni binaların altında 2 mərtəbəli qarajlar da inşa olunacaq.
"1-ci mikrorayonda mənzilləri sökülən vətəndaşlara yeni evlər hazır olanadək kirayədə qalmaq üçün veriləcək pulun miqdarı onların yaşadıqları mənzillərin sahəsindən asılı olacaq. İnsanlara tam komfortlu mənzillər veriləcək, mənzillərin sahəsi əvvəlki mənzillərlə müqayisədə 10 faiz artıq olacaq"
Elxan Əsədovun sözlərinə görə, 1-ci mikrorayonda işlərin yerinə yetirilməsinə özəl şirkətlərin vəsaitləri cəlb olunacaq. Evləri söküləcək vətəndaşlara isə kirayədə qalmaları üçün kompensasiya da veriləcək. İlk növbədə 5 mərtəbəli binaların sökülməsi və onların yerində yeni 20 mərtəbəli binaların inşası nəzərdə tutulub. Söküntü və tikinti işləri 3 mərhələdə aparılacaq.
"1-ci mikrorayonda tikiləcək yeni mənzillərə 1729 ailənin köçürülməsi nəzərdə tutulub. Həmin ərazidə tikinti bumu başlayan dövrlərdə 10 , 12 17, 25 mərtəbəli binalar tikilib. O binalara toxunulmayacaq. Onların fasadları dəyişdirilə bilər. Sahibləri ilə danışıqlar aparılacaq ki, tikinti konstruksiyasına uyğun olaraq yeniləşmə işləri aparılsın".
FHN rəsmisi bildirib ki, yeni tikiləcək binaların sayı 30-u keçməyəcək və binalar 1-2 bloklu olacaq.
"Tikinti işləri 29 hektar ərazini əhatə edəcək. Hazırda bu ərazidə 29 ədəd 5 mərtəbəli, 4 bloklu, 4 ədəd 9 mərtəbəli 4 bloklu, panel binalar var. Biri isə Tbilisi prospektində yerləşən 16 mərtəbəli, sürüşmə üsulu ilə tikilmiş tam monolit binadır. Onun sökülüb-sökülməyəcəyi hələ dəqiq bilinmir".
Brifinqdən sonra KİV nümayəndələri 29 hektar ərazidə inşası nəzərdə tutulmuş hündürmərtəbəli binaların eskiz layihələri ilə tanış olublar .
OXŞAR XƏBƏRLƏR
"Torqovı"da iaşə obyektləri YANDI - XƏSARƏT ALANLAR VAR
Abel Məhərrəmovun oğlu səfir vəzifəsindən geri çağırıldı
TƏCİLİ: Tərtərdəki dəhşətli hadisə ilə bağlı bir nəfər SAXLANILDI
Rusiyadan Ermənistana Azərbaycan üzərindən YÜK GÖNDƏRİLDİ
10 yeni stansiya tikiləcək – RƏSMİ AÇIQLAMA