Xələf Xələfov: "Ermənistanın avantürasına beynəlxalq qiymət verilməlidir"
“Ermənistan Suriya və Livan ermənilərinin işğal olunmuş ərazilərimizə köçürülməsini təşviq edir”. APA TV-nin məlumatına görə, bu fikirləri Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov Bakıda Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Miqrasiya, qaçqın və məcburi köçkünlər üzrə komitəsinin iclasında çıxış edərkən deyib. O qeyd edib ki, bu problemlər transmilli cinayətkarlığa, narkotiklərin qanunsuz dövriyyəsinə yol açır:
“Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi nəticəsində 1 milyondan çox qaçqın və məcburi köçkün var. Bu problemin miqyası geniş olsa da, Azərbaycan hökuməti həmin insanların sosial durumunun yaxşılaşdırılması, təhsili və digər sahələrdə ciddi nəticələr əldə edib. Azərbaycan həm ölkə daxilində, həm də xaricdə qaçqın və köçkünlərə öz yardımını əsirgəmir".
Xələf Xələfov qeyd edib ki, Avropa İnsan Haqları Məhkəməsi "Çıraqov və digərlərinin işi" ilə bağlı qərarında Azərbaycanın ərazi bütövlüyünün bərpasına çağırıb:
“AŞPA-nın qətnamələrində də Azərbaycanın ərazi bütövlüyünə dəstək ifadə olunub. Onu da qeyd etmək istəyirəm ki, Azərbaycanın işğal olunmuş əraziləri qanunsuz narkotik vasitələrin və silah alverinin məkanına çevrilib. Dünya bu məsələdə vahid mövqedən çıxış etməyənə qədər transmilli cinayətkarlıq, narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə effektli olmayacaq. İkili standartlarla yanaşma müşahidə olunur, bu da Dağlıq Qarabağ münaqişəsinin həllinə mane olur. Ermənistan ərazilərimizdə məqsədli məskunlaşma siyasəti həyata keçirir, məcburi köçkünlərin torpaqlarına qayıtmasına mane olmağa çalışır".
Xarici işlər nazirinin müavini əlavə edib ki, Ermənistanın məqsədli məskunlaşma siyasəti beynəlxalq hüquqa görə müharibə cinayətidir:
“Ermənistan tərəfindən Suriya və Livandan olan ermənilərin işğal olunmuş ərazilərimizə köçürülməsi təşviq edilir. Ermənistanın bu avantürasına beynəlxalq qiymət verilməlidir".
OXŞAR XƏBƏRLƏR
"Torqovı"da iaşə obyektləri YANDI - XƏSARƏT ALANLAR VAR
Abel Məhərrəmovun oğlu səfir vəzifəsindən geri çağırıldı
TƏCİLİ: Tərtərdəki dəhşətli hadisə ilə bağlı bir nəfər SAXLANILDI
Rusiyadan Ermənistana Azərbaycan üzərindən YÜK GÖNDƏRİLDİ
10 yeni stansiya tikiləcək – RƏSMİ AÇIQLAMA