Ankara Avropanı hədələdi: "Qitəni qaçqın selində boğarıq"

Ankara Avropa Birliyini suriyalı qaçqınları qitəyə buraxacağı ilə hədələyib. APA TV-nin məlumatına görə, bu bəyanatla Türkiyənin Avropa Birliyi naziri Ömər Çelik çıxış edib. Nazir "Reuters"ə açıqlamasında bildirib ki, Türkiyə qaçqınlarla bağlı üzərinə götürdüyü öhdəliyi yerinə yetirsə də, Avropa Birliyi vədlərinə əməl etmir.

 

"Türkiyə miqrantlarla bağlı razılaşmanı istədiyi zaman, istədiyi kimi yenidən nəzərdən keçirə bilər. Düşünürəm ki, artıq bunun vaxtı çatıb. Bu razılığın davam etdirilməsi üçün bir səbəb olduğunu düşünmürəm. Viza məsələsində anladıq ki, Avropa Birliyi bu məsələdə obyektiv və ədalətli bir yanaşma göstərməyəcək. Bu məsələ artıq dəqiqləşdi".

 

Ömər Çelik qeyd edib ki, Türkiyənin hələlik Avropa Birliyinə üzv olmaq hədəfindən imtina etməyib. 

Müəllif | Apa.Tv

OXŞAR XƏBƏRLƏR