Fransua Olland: "Azərbaycanla Ermənistan arasında danışıqların bərpa olunmasını arzulayırıq"
"Azərbaycan prezidenti İlham Əliyevlə Dağlıq Qarabağ münaqişəsinin həlli yolunu tapmaq haqqında da danışdıq". APA TV-nin məlumatına görə, bu fikirləri Fransa prezidenti Fransua Olland Parisdə iki ölkə arasında sənədlərin imzalanması mərasimindən sonra mətbuata verdiyi bəyanatda deyib.
O bildirib ki, Dağlıq Qarabağ münaqişəsində yaranmış mövcud status-kvo qəbuledilməzdir: "Risklər var və biz bunu keçən ilin aprel ayında baş verən insidentdən də gördük. Biz danışıqların yenidən bərpa olunmasını arzulayırıq. Minsk Qrupunun həmsədri kimi istəyirik ki, digər həmsədrlər - ABŞ və Rusiya da bu prosesə töhfə versin. Düşünürük ki, parametrlər bəllidir və uzun müddətdir davam edən bu münaqişənin həlli yolunu tapmaq mümkündür. Hesab edirik ki, hər dəfə sülhə töhfəmiz beynəlxalq səviyyədə həyata keçirmək istədiyimiz fəaliyyətin və qurmaq istədiyimiz münasibətlərin məğzidir".
OXŞAR XƏBƏRLƏR
"Torqovı"da iaşə obyektləri YANDI - XƏSARƏT ALANLAR VAR
Abel Məhərrəmovun oğlu səfir vəzifəsindən geri çağırıldı
TƏCİLİ: Tərtərdəki dəhşətli hadisə ilə bağlı bir nəfər SAXLANILDI
Rusiyadan Ermənistana Azərbaycan üzərindən YÜK GÖNDƏRİLDİ
10 yeni stansiya tikiləcək – RƏSMİ AÇIQLAMA