Şirməmməd Hüseynov: "Üzeyir Hacıbəyovla iki dəfə görüşmüşəm"
"Muğam klub"da növbəti “Novruz mühazirəsi” keçirilib. Bu dəfə keçirilən görüşdə Bakı Dövlət Universitetinin professoru Şirməmməd Hüseynovun “Üzeyir Hacıbəyli fenomeni” mühazirəsi dinlənilib.
Şirməmməd Hüseynov Üzeyir Hacıbəyovu şəxsən iki dəfə gördüyünü deyib: "Üzeyir Hacıbəyovu iki dəfə görmüşəm. Birinci dəfə 1937-ci ildə. İkinci dəfə 1945-ci ildə görmüşəm. Üzeyir bəyin 60 illiyində. Sonda çıxış etdi. Heç vaxt o anı unutmamışam".
Şirməmməd Hüseynov deyir ki, hələ Üzeyir bəy dühasını tam açan dahi yetişməyib: Üzeyir bəy haqqında iki kitab yazmışam. O "Bir yaş" məqaləsində Cümhuriyyət haqqında yazıb. Deyir ki, bu vətən də bizimdir, bu millət də bizimdir, bu dövlət də bizimdir. Üzeyir bəy uşaqlıqdan dahi olub. Atası Firudin bəyin evinə gəlir. Firudin bəy iki dəfə Üzeyirlə məşğul olur. Deyir, Badisəba, bu uşaq deyil, Allah vergisidir. Sonra Qori seminariyasında təhsil alır. Orada musiqi təhsili də alır".
Şirməmməd Hüseynov Üzeyir bəyin siyasi görüşlərinə dair bu günədək məlum olmayan məqamlara da aydınlıq gətirib: "Əhməd bəy Ağaoğlu Üzeyir bəyə məktubunda yazır ki, sən onlara fikir vermə. Vətənə xidmət elə. Üzeyir bəy bir məqaləsində yazır ki "hər bir millət siyasi imtahan verəcək". Biz milləti bu imtahana hazırlamalıyıq. Üzeyir bəy Cümhuriyyətin süqutu vaxtı 27 apreldə deyir ki, Leninin mujikləri anamızı söyəcək. Müstəqillik əldə etmiş dövlət dördgöz olmalıdır. Osmanlı qoşunları Bakıdan çəkiləndə Üzeyir bəy bildirir ki, Türkiyə məğlub olmayıb, xilafət məğlub olub".
Qeyd edək ki, "Muğam klub"da keçirilən ənənəvi Novruz mühazirələrinin informasiya dəstəyi APA İnformasiya Agentliyinə məxsusdur.
OXŞAR XƏBƏRLƏR
"Torqovı"da iaşə obyektləri YANDI - XƏSARƏT ALANLAR VAR
Abel Məhərrəmovun oğlu səfir vəzifəsindən geri çağırıldı
TƏCİLİ: Tərtərdəki dəhşətli hadisə ilə bağlı bir nəfər SAXLANILDI
Rusiyadan Ermənistana Azərbaycan üzərindən YÜK GÖNDƏRİLDİ
10 yeni stansiya tikiləcək – RƏSMİ AÇIQLAMA